Cümə, 03 May

“HƏMAS”ın "qan gölü"nə çevirdiyi festivalın keçirildiyi ərazidən 250-dən artıq meyit aşkarlanıb - VİDEO

image

İsraildə “HƏMAS”ın hədəfinə çevrilən "Süpernova" festivalı ərazisində 250-dən artıq meyit aşkarlanıb. 

Xəbər verilir ki, İsrail mətbuatında yer alan xəbərlərə əsasən, “HƏMAS” üzvləri paramotrlarla əraziyə daxil olaraq festival iştirakçılarına dayanmadan atəş açıblar.

İştirakçılar canlarının qurtarmaq üçün yaxınlqdakı meyvə bağılarına sığınaraq orada İsrail ordusunu gələməli olublar.

“HƏMAS”ın xarici vətəndaşlarla yanaşı 100-dən çox insanı əsir götürdüyü bildirilir.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşması "Əqsa Tufanı əməliyyatı" adı altında İsrailə hücum edib.

Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İsrailin şəhərləri bombalanıb. Bu zaman Qəzza yaxınlığında keçirilən festivalda da “HƏMAS”ın hədəfinə çevrilib.

Hücum başlayandan bəri 1000-ə yaxın HƏMAS yaraqlısı İsrailin 20 şəhəri və 11 ordu düşərgəsinə sızıb. Son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15